Bakı
(+99412) 4081362

Sifariş edin

Haqqımızda

CS TRANSPORT SERVICES MMC

Şirkət sərnişin daşınma və digər nəqliyyət xidmətləri göstərilməsi üçün yaranmışdır. Nizamnamə əsasında fəaliyyət göstərən bu şirkət yarandığı gündən özünü yüzlərlə müştərilər arasında doğrultmuşdur. Biz Bakının hüdudlarında və ondan kənarda nəğd və ya köçürmə yollu ilə Xidmət və Preyskurantda göstərilən qiymətə taksi və onunla bağlı olan başqa daşınmaxidmətləri göstərməyi öz öhdəmizə götürük. Şəhəri yüksək səviyyədə tanıyan, küçələr haqqında son məlumatı olan şirkətin dispetçerləri 24 SAAT müştərilərdən avtomobil sifarişi qəbul edirlər, sifariş vaxtından 20 dəqiqə gec olmayaraq avtomobilin çatdırılması təmin olunur. Taksi/daşıma xidmətləri göstərən zaman ehtiyatlılıq və uyğun qayğı göstərmək bizim əsas prinsiplərimizdi.

Bizmlə DAŞINMA / TAKSİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİNƏ DAİR MÜQAVİLƏSİ olan Sifarişçiyə təyinat yeri, məsafə (km-lə) və s. məlumatı özündə əks etdirən və Sifarişçi tərəfindən lazımi qaydada imzalanan Vaxt Cədvəli təqdim olunur və uyğun qaydada saxlanılır, (əgər başqa cür Sifarişçi ilə müəyyən edilməyibsə). Xidmət üçün professional sürücülər və texniki cəhətdən saz və təhlükəsiz avtomobillər istifadə olunur. Sifarişçi ilə razılaşdırılmış xidmətlərə görə aylıq əsasda Daşıyıcı tərəfindən hər ayın axırında təqdim edilən hesab-faktura qarşılığında ödəniş edə bilər. Hər bir təqdim edilən hesab-fakturaya həmin ay ərzində Sifarişçi tərəfindən imzalanmış Vaxt Cədvəlləri əlavə ediləcəkdir.
Biz həyata keçirdirik:
• şəhər və şəhərətrafı yürüşlər (ekskursiya və s.);
• vağzallarda və aeroportlarda görüşlər və yolasalmalar (transfer);
• Banket və toylara xidməti göstərilməsi;
• İş poçtunun, hədiyyələrin, güllərin göstərilən ünvana çatdırılması və .s;
• Ayıq sürücü xidməti - sürücünün avtomobiliylə ünvana yaxud dayacanağa çatdırılması;
• Sürücüsüz avtomobil icarəsi;
• V.I.P klas avtomobillərin, offroad-ların və avtobusların sifarişi;
• Taksi simvolu olan avtomobillərin sifarişi;
Şirkətin lisenziyası və rekomendasiyaları mövcuddur.

Şirkətimizin lisenziyasırekomendasiyaları mövcuddur.